Sumqayıtda polisin meyiti xidməti otağında tapıldı - ÖZÜNÜ VURUB

Sumqayıt şəhərində ehtiyatsızlıqdan ölüm hadisəsi baş verib.

Yeniavaz.com “Report”a istinadən xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin 1995-ci il təvəllüdlü cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Rəhman Hüseynli xidməti otağında ölmüş vəziyyətdə aşkar olunub.

Onun odlu silahla ehtiyatsız davranaraq özünə xəsarət yetirdiyi və nəticədə öldüyü ehtimal edlir.

Hadisə axşam saat 19:40 radələrində qeydə alınıb.

DİGƏR XƏBƏRLƏR

Top