Zelenski oğluna qadağa qoydu

Ukrayna Prezidenti Vladimir Zelenski oğluna atasının vəzifəsi ilə öyünməyə qadağa qoyub.

Dövlət başçısı oğlu Kirilə qoyduğu qadağanı rəsmi “YouTube” kanalında paylaşdığı videoda dilə gətirib:

“Qızım artıq öyrəşib, əvvəl çox həyəcanlanırdı. Oğlum sevinclidir. Deyir ki, o, prezidentin oğludur. Biz ona dedik ki, belə söyləmək olmaz. İndi Kiril deyir ki, bilirsiniz mən kimin oğluyam?”

Ukrayna lideri həyat yoldaşı Yelenanın birinci xanım statusunda olmasından da çox həyəcanlandığını bildirib. (Oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top