Baba özü də bilmədən 1 aylıq nəvəsinin həyatına son qoydu


Çinin Pekin şəhərində yeni doğulmuş nəvəsinə alkoqollu içki verən baba onun həyatına son qoyub.


Bu barədə “AsiaOne” portalı yazıb.

Belə ki, qohum və dostlar yeni doğulmuş körpənin 1 aylığını qeyd etmək bir süfrə arxasına yığışıb. Uşağın babası badə qaldırıb sağlıq deməyə başlayıb. Həmin an qonaqlardan biri zarafat edərək deyib ki, baba alkoqollu içkini nəvəsiz içə bilməz.

Baba nəvəsinə alkoqoldan bir az daddırıb. Bunu görən ana dərhal uşağı qucağına alıb. Yarım saatdan sonra körpənin nəfəsi kəsilib. Uşaq xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib. Uşağın alkoqollu içkidən zəhərlənərək öldüyü bildirilib. (Qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

Top