Vaşinqtonun Türkiyənin F-35-lərin yaradılması üzrə proqramdan çıxarılması qərarı ölkələr arasındakı ittifaqın ruhuna uyğun deyil.
Bu fikirlər Türkiyə Xаrici İşlər Nаzirliyinin bəyanatında yer alıb.
Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib ki, ABŞ-ın "S-400"lər üzrə birgə işçi qrupu formalaşdırmaqdan imtinası rəsmi Vaşinqtonun problemi vicdanla həll etmək istəmədiyini göstərir.
"Türkiyə ABŞ-ı respublikanı F-35 proqramından çıxarılmasından imtina etməyə çağırır, bu, ikitərəfli münasibətlərə aradan qaldırıla bilməyən zərər vuracaq", - deyə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.
Nazirlik ABŞ-ın bu qərarını birtərəfli və qanunsuz adlandırıb. (Report)