Gürcüstanda müxalifət liderinin mühafizəçisi saxlanılıb

Gürcüstanın müxalif “Qalib Gürcüstan” siyasi hərəkatının lideri, keçmiş müdafiə naziri İrakli Okruaşvilinin mühafizəçisi Koba Koşadze saxlanılıb.

Yeniavaz.com “Report”a istinadla xəbər verir ki, mühafizəçi silahın qanunsuz əldə olunması və daşınmasında günahlandırılır.

İ.Okruaşvili mühafizəçisinin saxlanılmasını ona qarşı siyasi təqiblə əlaqələndirib.

O, K.Koşadzeni uzun illər tanıdığını və onun əlində heç vaxt silah görmədiyini bildirib. 

DİGƏR XƏBƏRLƏR

Top