Anası bir yaşlı körpəni üçüncü mərtəbədən yerə saldı

Bakının Nəsimi rayonunda bədbəxt hadisə baş verib.

Yeniavaz.com oxu.az-a istinadla xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsindən verilən məlumata görə, bir yaşlı uşaq üçüncü mərtəbədən yıxılıb.

Hadisə ötən gün Şəmsi Bədəlbəyli küçəsi, ev 106 ünvanında olub.

Belə ki, 2018-ci il təvəllüdlü Cavadlı Cavidan Cavanşir oğlu anasının ehtiyatsız davranması səbəbindən əlindən yerə düşüb.

Kəllə-beyin travması alan körpə ağır vəziyyətdə Klinik Tibbi Mərkəzə yerləşdirilib.

DİGƏR XƏBƏRLƏR

Top