Bakıda pedofil məşqçi saxlanıldı

Bakıda pedofillikdə şübhəli bilinən futbol məşqçisi saxlanılıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə oxu.az-a Sabunçu rayonu hüquq-mühafizə orqanlarındakı mənbədən məlumat verilib.

Məsələ ilə bağlı P.F. adlı 31 yaşlı paytaxt sakininin 12-ci Polis şöbəsinə müraciət etdiyi bəllidir.

Sözügedən qadın bildirib ki, 41 yaşlı Y.M. adlı futbol məşqçisi onun oğluna əxlaqsız təkliflər edib. Məşqçi yeniyetmənin telefonuna SMS-lər göndərərək onunla cinsi əlaqəyə girməyi təklif edib.

Məşqçinin cinayət əməllərinin sübutu qismində gəncin anası həmin SMS-ləri polisə təqdim edib. Bundan sonra məşqçi tutulub və hazırda faktla bağlı araşdırma aparılır.

Futbol məktəbinin adı ilə bağlı isə heç bir məlumat verilmir.

DİGƏR XƏBƏRLƏR

Top