İraqda üç türk diplomatı güllələndi, biri öldü - FOTO/VİDEO - YENİLƏNİB


İraqın Ərbil şəhərindəki restoranların birinə silahlı hücum olub.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, hücum zamanı çox sayıda ölən və yaralanan olub. Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumata görə 1 türk diplomat hücum zamanı dünyasını dəyişib. Hadisə zamanı iki iraqlının da şəhid olduğu deyilir.

Restoranın sahibi mətbuata açıqlama verərək bildirib ki, səfirlik işçiləri restorana daxil olduqdan sonra mülki geyimli və silahlı şəxslər restorana girərək türk diplomatları hədəf alıblar.
Ərbilin polis rəisi Əbdülxaliq Talat hadisə ilə bağlı təhqiqat başlatdıqlarını, daha sonra məsələ ilə bağlı geniş açıqlama verəcəklərini bildirib. O hadisə yerindən qaçan terrorçuların tutulması üçün şəhərdəki bütün yolların bağlandığını bildirib.

 

*** 16:29

İraqın Ərbil şəhərindəki restoranların birinə silahlı hücum olub.

Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, hücum zamanı çox sayıda ölən və yaralanan olub. "Reuters" xəbər agentliyi bölgədəki müxbirlərinə istinadla, ölənlərin arasında ən az 3 türk diplomatın olduğunu da iddia edir.
Hadisənin yerli vaxtla saat 14:30-da (Bakı vaxtı ilə 13:30) baş verdiyi bildirilir. Hadisənin baş verdiyi restoranın yaxınlığında Türkiyənin Ərbil səfirliyinin işçiləri də olub.
"Reuters"a müsahibə verən iki kürd təhlükəsizlik əməkdaşı ən az 3 türkiyəli diplomatın şəhid edildiyini bildiriblər. Onların sözlərinə görə silahlı hücum diplomatlar nahar edən zaman baş verib. İraq dövlət televiziyası isə şəhid olanlardan birinin Ərbil səfirinin köməkçisi olduğunu iddia edib.
Qeyd edək ki, silahlı hücumun yaşandığı restoran türk restoranıdır.

DİGƏR XƏBƏRLƏR

Top