ABŞ müsəlmanları qətlə yetirən generallara sanksiya tətbiq edəcək


ABŞ hökuməti arakanlı müsəlmanlara qarşı törədilən vəhşiliklərə görə Myanmar ordusunun yüksək vəzifəli 4 generalına sanksiya tətbiq edəcək.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Myanmarın müdafiə naziri Min Aunq Hlainq başda olmaqla, onun müavininə və başqa iki generala ailələri ilə birgə ABŞ-a giriş qadağası qoyulacaq.
ABŞ xarici işlər naziri Mayk Pompeo sözügedən şəxslərin insan haqlarını kobud şəkildə pozduqlarına dair əllərində sübutlar olduğunu bildirib:
"Myanmar ordusunun ölkədə insan haqlarını kobud şəkildə pozduğuna dair sənədlər bizə çatdığı halda, hökumətin bu istiqamətdə heç bir tədbir görməməsi narahatlıq doğurur".
ABŞ bu qərarla hökumətin bu şəxslər haqqında tədbir görməsini ümid edir.
Qeyd edək ki, ABŞ bu mövzuda real addım atan ilk dövlət oldu. Birləşmiş Millətlər Təşkilatının rəsmiləri isə arakanlı müsəlmanlara qarşı vəhşilik törədənlərin etnik təmizləmə və soyqrımla təqsirləndirilərək məhkəmə qarşısına çıxarılmasını tələb edirlər.

DİGƏR XƏBƏRLƏR

Top