Mingəçevir sakinini it dişləyib - quduzluq əleyhinə vaksin vurulub


Mingəçevir sakini 24 yaşlı Əsəd Əsədov sahəyə gedərkən itlərin hücumuna məruz qalıb.
Yeniavaz.com xəbər verir ki, o vəhşi itlərdən qurultumaq üçün yaxınlıqda olan həyətin hündür darvazasının üzərinə qalxıb. Buna baxmayaraq sahibsiz itlər Əsəd Əsədovun hər iki əlinin barmaqlarını dişləyib. Zərərçəkənə ətrafdakılar kömək ediblər və o təcili yardım avtomobili ilə xəstəxanaya çatdırlıb.
Mingəçevir Mərkəzi Xəstəxanasından bildirilib ki, zərərçəkənə quduzluq əleyhinə vaksin vurulub. Hazırda vəziyyəti normaldır.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top