AQTA bağçalarda monitorinqlərə başlayıb


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) uşaq bağçalarında monitorinqlərə başlayıb.

Bu barədə AQTA sədri Qoşqar Təhməzli bildirib.

Onun sözlərinə görə, ilkin olaraq 400 bağçada monitorinqlər aparılacaq: “Amma bağçaların sayı arta da bilər. Hazırda Azərbaycanın bütün regionlarında seçmə üsulu ilə hər bir rayonu, şəhəri əhatə edən bağçalarda yoxlamalar aparılır. Bu monitorinqlər təqribən 3 ay müddətinə davam etdiriləcək”.

AQTA sədri qeyd edib ki, monitorinqin nəticələri ilə bağlı sonda ictimaiyyətə geniş açıqlama veriləcək: “Monitorinq böyüməkdə olan nəslə, balalarımıza verilən qida məhsullarının həm keyfiyyət, həm də təhlükəsizlik göstəricilərinin yüksək səviyyədə olması, eyni zamanda da Səhiyyə Nazirliyi ilə birgə məktəbəqədər uşaqların düzgün qidalanmasının təmin olunması məqsədini daşıyır". (APA)

DİGƏR XƏBƏRLƏR

Top