İŞİD-ə pul köçürən azərbaycanlı həbs edildi

Rusiyanın Şimali Qafqaz dairə məhkəməsi azərbaycanlı Erik Şabanovu İŞİD terror təşkilatını maliyyələşdirməkdə təqsirli bilib.

Məhkəmə E.Şabanovu terrorçuluğa yardım ittihamı üzrə altı il müddətinə azadlıqdan məhrum edib.

O, cəzasını ümumi rejimli koloniyada çəkəcək.

E.Şabanov Mahaçqalada yaşayıb. İstintaqın məlumatına görə, o, 2016-cı ildə İŞİD üzvlərinə 30 min rubl (811 manat) köçürüb. (Oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top