Goranboyda görünüşcə qədim feodal qəsrini xatırladan məkan aşkarlanıb.
Yeniavaz.com Xəzər TV-yə istinadən xəbər verir ki, ərazidə mis pullar, müxtəlif qablar, divar və bürc qalıqları üzə çıxarılıb.
Hansısa mülkədar və ya feodala aid olduğu güman edilən bu qəsr 3 il öncə ərazidə iş aparan BP əməkdaşları tərəfindən üzə çıxarılıb.
Arxeoloji tapıntının əhəmiyyəti nəzərə alınaraq, neft kəmərinin marşrutu dəyişdirilib və sahənin yanından ötmək qərara alınıb.
Ərazidən Atabəylər dövlətinə aid edilən mis sikkələr, şüşə məmulatların parçaları və qolbaqlar, gil muncuqlar da tapılıb.
Ərazi ilə bağlı məlumatların geniş yayılmasını təmin etmək məqsədilə qazantı aparılan qədim məkanın 3 D ölçülü modelinin də hazırlanması nəzərdə tutulub.