İlin ikinci Ay tutulması başlayıb - VİDEO

Bu gecə bu ilin ikinci Ay tutulması (qismən) başlayıb.

AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Yeniavaz.com-a verilən məlumata görə, proses iyulun 17-də saat 00:03-də başlayıb və saat 01:31-də maksimum həddə olacaq. 

Təbiət hadisəsi saat 02:59-da başa çatacaq.

Ay tutulması Azərbaycanda müşahidə olunmur.

Bu təbiət hadisəsini Cənubi Amerika, Avropa, Afrika, Asiya, Avstraliya və Rusiyada görmək mümkündür.

Qeyd edək ki, 2019-cu ilin ilk Ay tutulması yanvarın 21-də baş verib.

DİGƏR XƏBƏRLƏR

Top