Şəkidə turist avtobusu qəzaya uğradı


Şəkidə avtobus qəzaya uğrayıb. Hadisə Şəkinin Kiş kəndində baş verib.

Məlumata görə, turistləri daşıyan "Sprinter" markalı mikroavtobusla "Opel" markalı minik avtomobili toqquşub.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat yoxdur.

Faktla bağlı araşdırma aparılır. (baku.ws)

DİGƏR XƏBƏRLƏR

Top