
Bu gün Sabirabad rayonunda baş verən güclü yanğın nəticəsində 10-a yaxın mağaza yanaraq kül olub.
Kafe, ərzaq və paltar mağazası tipli obyektlər yanıb.
İlkin məlumata görə, ümumi zərərin 1 milyon manata yaxın olduğu təxmin edilir.
Bazarda cəmi dörd mağazanın sığortasının olduğu müəyyən olub.
Araşdırma aparılır.