Terrorçular Türkiyənin gəmisini və göyərtəsindəki 10 nəfəri əsir alıblar


Qvineya körfəzinin Nigeriya sahillərində "Paksoy-1" adlı Türkiyəyə məxsus gəmi terrorçuların hücumuna məruz qalıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, gəmidəki 10 türkiyə vətəndaşı əsir götürülüb.
Kamerunun Douala limanından Fil Dişi Sahili Respublikasının Abidyan limanına yüksüz hərəkət edən gəminin iyulun 13-də axşam saatlarında əsir alındığı məlum olub. Alınan məlumatlara görə yaralanma və ölüm halları hələ ki, yoxdur. Gəmi heyətinin azad edilməsi üçün tədbirlər görülür.
Gəminin sahibi olan "Kadıoğlu" Dənizçilik firması da hadisəni təsdiqləyib.

DİGƏR XƏBƏRLƏR

Top