
Ağstafa rayonunun Tatlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Yeniavaz.com xəbər verir ki, Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, iyulun 15-də saat 18 radələrində Ağstafa rayonunun Tatlı kəndi ərazisində Qazax rayon sakini İsmət Hacıyev idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb.
Nəticədə sürücü hadisə yerində ölüb, 2 sərnişini xəstəxanaya yerləşdirilib.
Ağstafa RPŞ tərəfindən araşdırma aparılır.