Azərbaycanda hələ tikilməmiş məktəbi soydular - FOTO


Astara Rayon Polis Şöbəsinin əməkdaşları yeni tikilməkdə olan məktəbdən oğurluq edən şəxsi saxlayıblar.

Yeniavaz.com Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, Astara rayonu Kijəbə qəsəbəsinin sakini A.Laçınov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək gecə saatlarında rayonun Burzubənd kəndində yerləşən yeni tikilməkdə olan məktəbdən hər birinin uzunluğu 6 metr olan 20 bağlama döşəmə taxtasının oğurlandığını bildirib. Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törədən şəxsin rayonun Burzubənd kənd sakini İkraməli Kakayev olduğu müəyyən edilərək saxlanılıb. İ.Kakayevin oğurladığı 20 bağlama 3000 manat dəyərində döşəmə taxtası saxlanılan şəxsin evinin zirzəmisindən aşkar edilərək götürülüb və aidiyyati üzrə təhvil verilib.

Hazırda oğurluq faktı ilə bağlı davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top