![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2018/9/17/1/0d206744-53cf-449c-8f0a-bcd5968579a8/ay-tutulmasi.jpg)
Sabah ilin ikinci Ay tutulması (qismən) baş verəcək.
AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Yeniavaz.com-a verilən məlumata görə, proses iyulun 17-də saat 00:03-də başlayacaq və saat 01:31-də maksimum həddə olacaq.
Təbiət hadisəsi saat 02:59-da başa çatacaq.
Ay tutulması Azərbaycanda müşahidə olunmayacaq.
Bu təbiət hadisəsini Cənubi Amerika, Avropa, Afrika, Asiya, Avstraliya və Rusiyada görmək mümkün olacaq.
Qeyd edək ki, 2019-cu ilin ilk Ay tutulması yanvarın 21-də baş verib.