Dünyada ən çox milyarder bu şəhərlərdə yaşayır - SİYAHI


Dünyada ən çox milyarderin yaşadığı şəhərlər müəyyən olunub.

Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, İngiltərədə fəaliyyət göstərən daşınmaz əmlak şirkəti "Savills" dünyada ən çox dollar milyarderlərinin yaşadığı şəhərlərin siyahısını tərtib edib.

Siyahıya əsasən 85 nəfər dollar milyarderinin yaşadığı ABŞ meqapolisi Nyu-York siyahıya rəhbərlik edir. Onu isə 79 milyarderlə Honq Konq və 71 milyarderlə Moskva izləyir. Türkiyənin və dünyanın ən böyük sənaye şəhəri İstanbul isə 20 milyarderlə siyahının 18-ci pilləsindədir.

Aparılan araşdırmalar zamanı məlum olub ki, Nyu-York şəhərində milyarderlərin çox olması daşınmaz əmlak qiymətlərinin son 8 ildə 15 faiz armağına səbəb olub. Ən çox bahalaşan şəhər isə 51 faizlə Honq Konq olub.
Ümumilikdə 7 milyarderin yaşadığı Almaniyanın paytaxtı Berlin və ABŞ-ın Mayami şəhərləri isə siyahının sonuncu pilləsində qərarlaşıblar.

Həmin siyahının ilk 20 şəhəri isə bunlardır:
1 – Nyu-York 87
2 – Honq Konq 79
3 – Moskva 71
4 – Pekin 61
5 – London 55
6 – Şanxay 45
7 – San-Fransisko 42
8 – Şençjen 39
9 – Seul 38
10 – Mumbay 37
11 – San-Paolo 30
12 – Banqkok 28
13 – Sinqapur 24
14 – Taybey 24
15 – Los-Anceles 22
16 – Tokio 22
17 – Dehli 21
18 – İstanbul 20
19 – Paris 19
20 – Quançjou 17

DİGƏR XƏBƏRLƏR

Top