“Mançester Siti” iki gündür ki, Çinə uça bilmir


İngiltərənin “Mançester Siti” klubu ardıcıl iki gündür “Premier League Asia Trophy” turnirində iştirak üçün Çinə yollana bilmir.

Buna səbəb səfərin təşkilatçısı “Thomas Cook” şirkətinin əməkdaşlarının səhlənkarlığa yol vermələridir. Belə ki, onlar iyulun 14-də çarter reysinin uçuş tarixi ilə bağlı səhv ediblər. Bir gün sonra isə hava məkanında yer sifariş etməyi unudublar.

“Şəhərlilər” bu gün Çinə yollanmağa ümid edirlər.

Qeyd edək ki, “Mançester Siti” iyulun 17-də turninir yarımfinalında “Vest Hem”lə qarşılaşacaq.//Trend

DİGƏR XƏBƏRLƏR

Top