Fransada keçirilən hərbi paradda "uçan əsgər" təqdim olunub - VİDEO


Parisdə Bastiliya qalasının alınması münasibətilə keçirilən parad zamanı "Zapata" adlı şirkətin rəhbəri özünü "uçan əsgər" kimi təqdim edərək ixtira etdiyi uçan skeytbordinqlə şou göstərib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Frenki Zapata "Champs-Elysees" bulvarında keçirilən tədbirdə özünün ixtira etdiyi skeytbordinqlə və əlindəki boş avtomatla saatda 188 kilometr sürətlə uçub.
40 yaşlı şirkət rəhbərinin göstərdiyi şou, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Angela Merkel və bir çox Avropa liderlərinin iştirak etdiyi paradda maraqla izlənib.
Fransanın Silahlı Qüvvələr naziri Florensi Parli, xüsusi təyinatlı bölüklərin havada 10 dəqiqə qala bilən bu qurğu ilə maraqlandıqlarını bildirib. O bu qurğulardan hücum və digər məqsədlərlə istifadə ediləbiləcəyini vurğulayıb.
E.Makron isə "uçan əsgər"in kadrlarını "yenilikçi və müasir ordumuzla qürur duyuram" sözləri ilə sosial səhifəsində yayımlayıb. Bəzi insanlar isə Makronun bu sözlərinə etiraz edərək sözügedən qurğunun ordunun deyil, sadəcə bir şəxsin uğuru olduğunu bildiriblər.
Qeyd edək ki, Frenki Zapata uçan skeytbordinqi evinin qarajında ixtira etdiyini iddia edir.

DİGƏR XƏBƏRLƏR

Top