Bakıda yaşayış binasında yanğın - 2 nəfər yaralanıb

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Yeniavaz.com-a verilən məlumata görə, hadisə Nərimanov rayonunda yerləşən beşmərtəbli yaşayış binasının 3-cü mərtəbəsində qeydə alınıb.

Belə ki, ümumi sahəsi 50 m² olan 3 otaqlı mənzilin 1 otağında ev əşyaları 5 m² sahədə yanıb. 

Yüksək temperaturdan kondisioner, televizor və dəhlizin lambirindən ibarət tavanı 5 m² sahədə əriyib. Yanğın zamanı 2 nəfər xəsarət alıb. 

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

DİGƏR XƏBƏRLƏR

Top