İngiltərənin baş naziri Tereza Mey festivalda rəqs edib - VİDEO


"Brexit" prosesi zamanı yaranan xaosa görə istefasını verən İngiltərənin baş naziri Tereza Mey dünən iştirak etdiyi bir tədbirdə maraqlı rəqsi ilə yadda qalıb.
Yeniavaz.com xarici mətbuata istinadla xəbər verir ki, vəsifəsindən istefa verməsinə baxmayaraq hələ də ölkənin baş naziri vəzifəsini icra edən T. Mey, İsveçin məşhur musiqi qrupu "ABBA"nın "Dancing Queen" və "Mamma Mia" mahnıları ilə rəqs edib.
İngiltərənin Avropa Birliyindən çıxma prosesi müddətində gözlədiyi dəstəyi görməyən və bu halı xaosa çevirənlərdən biri olan baş nazirin dünən səhnədə etdiyi maraqlı rəqs diqqətləri yenidən ona yönəldib. Elit təbəqənin iştirakı ilə baş tutan "The Henley Festival"da iştirak edən T. Meyin, vəsifəsini təhvil verməmişdən əvvəl kefinin yerində olduğu müşahidə olunub.
Canlı yayımda istefasını elan edərkən gözyaşlarına qərq olan Meyin dünənki festivalda şən olması diqqətlərdən yayınmayıb. O həmçinin bu rəqsinıə görə iştirakçılar tərəfindən alqışlanıb.
Qeyd edək ki T. Mey ötən il də Cənubi Afrika Respublikasında ibtidai sinif şagirdləri ilə oynamış, sonra da Mühafizəkar Partiyanın bir tədbirində "robot rəqsi" etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top