Sərbəst güləş yığmamız Türkiyədə 3-cü yeri tutub


Türkiyənin İstanbul şəhərində Yaşar Doğunun xatirə turnirində Azərbaycanın sərbəst güləş yığması komanda hesabında üçüncü yeri tutub. 

Yeniavaz.com xəbər verir ki, 47-cisi təşkil olunan reytinq xarakterli turnirdə baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında 10 güləşçi qüvvəsini sınayıb.

İki qızıl, iki bürünc medala sahib olan milli 100 xal toplayıb. Qızıl medalçılar - Murtuzəli Müslimovla (70 kq) Aleksandr Qostiyev (86 kq) hərəyə 25 xal, bürünc medala sahib çıxan Georgi Edişeraşvili (57 kq) və Şamil Zubairov (92 kq) hərəyə 15 xal, Əli Rəhimzadə (65 kq) ilə Abubakr Abakarov (79 kq) hərəyə 10 xal toplayıb. 

Qeyd edək ki, Türkiyə 165 xalla birinci, ABŞ 155 xalla ikinci yeri tutub. 

DİGƏR XƏBƏRLƏR

Top