Bu gündən etibarən ABŞ qeyri-qanuni miqrantları ölkədən çıxarır


ABŞ-ın Miqrasiya və Sərhədlərin Mühafizəsi Briqadası (ICE) ölkədəki qeyri-qanuni miqrantlara qarşı basqınlara başlayıb.

Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Amerikanın xəbər agentliyi CNN-ə müsahibə verən səlahiyyətli şəxslərdən biri briqadanın, bu gün 2 min qeyri-qanuni miqrantı hədəf alacağını bildirib.

Basqınların Atlanta, Baltimor, Çikaqo, Denver, Hyuston, Los Anceles, Mayami, Nyu-York və San Fransiskodakı miqrantlara qarşı ediləcəyini bildirən qurumun səlahiyyətlisi, Nyu-Orleansdakı basqınların isə həmin ərazidə fəaliyyətdə olan "Barry" fırtınasına görə təxirə salındığını deyib.

ABŞ Vətəndaşlıq və Miqrasiya Xidmətinin rəhbərlərindən C. Ken uşaqların valideyinlərdən ayrılıb ayrılmayacağı istiqamətindəki bir suala isə "Basqınların hədəfində ailələr də var" deməklə yetinib.

Ötən ay ABŞ prezidenti Donald Tramp "ICE"yə deportasiya əmri verilmiş hər kəsin bazar günündən etibarən təxliyyə edilməsi istiqamətində göstəriş vermişdi. Lakin o daha sonra demokratların etirazını nəzərə alaraq bu qərarın iki həftə sonra icra edilməsini istəmişdi.

DİGƏR XƏBƏRLƏR

Top