Putinə "uçmağı" öyrədən pilot helikopter qəzasında öldü


Rusiya prezidenti Vladimir Putinə mühərrikli gliderlə uçmağı öyrədən pilot İqor Nikitin idarə etdiyi təlim helikopterinin qəzaya uğraması nəticəsində dünyasını dəyişib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, dünən axşam Moskvanın Solneçnoqorsk rayonunda təlim helikopteri qəzaya uğrayıb. Təyyarələrin təlim mərkəzi, Rusiyanın Fövqəladə Hallar Nazirliyinə qəza səbəbilə helikopterdən siqnal ala bilmədiklərini xəbər veriblər.
Nazirliyin əməkdaşları bu məlumatdan yola çıxaraq siqnalın itdiyi ərazidə axtarışa başlayıb və nəticədə helikopterin qalıqlarını tapıblar. Qəza səbəbilə pilot və yanındakı şagird dünyasını dəyişib.
Məlum olub ki, ölən pilot Rusiya prezidenti Vladimir Putinə mühərrikli glider ilə uçmağı öyrədən İqor Nikitindir.
Rusiyanın prokurorluq orqanları qəza ilə əlaqədar təhqiqat başladıblar.

DİGƏR XƏBƏRLƏR

Top