Göygöldə kişi sirkə turşusundan zəhərlənib


Göygöldə zəhərlənmə olub.

Rayonun Hacıməlik kənd sakini, 48 yaşlı Rəhim Abdullayev sirkə turşusu zəhərlənməsi əlaməti ilə xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

R.Abdullayevin hansı şəraitdə zəhərləndiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.(oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top