Bakıda Krım istehsalı olan məhsul - "Kimsə bizim Ukranya ilə aramızı vurmağa çalışır"


"Yenə Krım istehsalı olan məhsul və yenə də Bakıda! Azərbaycanın müvafiq orqanları dükan və bazarlardan ilhaq altında olan Krım məhsullarını yığışdırsa da, Rusiya bu məhsulları ölkəmizə göndərməkdən "yorulmadı". Əvvəlcə Krımda istehsal olunan dondurmaları dükanlarımıza soxuşdurdular, sonra Krımı Rusiya ərazisi kimi təqdim edən xəritələri kitab mağazalarmıza gətirdilər, indi də mineral içkini məşhur supermarketlərimizdən birində yerləşdiriiblər".

Yeniavaz.com xəbər verir ki, bunu sosial şəbəkə hesabında politoloq Elxan  Şahinoğlu bildirib.  
 
E.Şahinoğlu bunu hansısa iş adamının etdiyinə inanmadığını vurğulayıb:

"Bununla Rusiyada kimsə sistemli şəkildə məşğul olur və bizim Ukranya ilə aramızı vurmağa çalışır.  Çünki dəfələrlə yazmışam ki, Azərbaycanda Krım istehsalı olan məhsulun satılması Kiyevdəki dükanda işğal altındakı Dağlıq Qarabağda istehsal olunan məhsulun satılmasına bənzəyir. Bu bizim xoşumuza gəlmədiyi kimi Ukraynanın da Bakıdakı süpermarketlərdə Krım məhsullarının satışı narazı salır. Əlbəttə, müvafiq orqanlarımız bu məhsulun da supermarketlərimizdən yığışdırılmasını təmin edəcək, ancaq bununla iş bitmir. Gömrük orqanları Azərbaycana daxil olan məhsullara niyə diqqət yetirmirlər, məhsulun üzərində "bu məhsul Rusiyanın Krım bölgəsində istehsal olunub” yazılırsa, bu məhsulun Azərbaycana girişinə qadağa qoyulmalıdır!".

DİGƏR XƏBƏRLƏR

Top