Region ölkələrindən Ermənistanda iqtisadi fəal əhalinin 16,9%-i, Türkiyədə 14,1%-i, Gürcüstanda 12,7%-i, İranda 12,2%-i, Rusiyada isə 4,5%-i işsizdir.
Yeniavaz.com "tradingeconomics.com" portalına istinadən bildirir ki, Azərbaycanda iqtisadi fəal əhalinin 5,2%-i işsizdir.
Ümumiyyətlə dünyada ən yüksək işsizlik səviyyəsi Cibutidə qeydə alınıb. Bu ölkədə iqtisadi fəal əhalinin yarıdan çoxu - 54%-i işsizdir. Bundan başqa Konqoda işsizlik səviyyəsi 46,1%, Nambiyada 33,4%, Bosniyada 33,3%, Fələstində isə 29,1% təşkil edir.
Ən aşağı işsizlik səviyyəsi isə Qətərdə qeydə alınıb. Rəsmi statistikataya görə, dünyanın ən varlı ölkələrindən olan Qətərdə iqtisadi fəal əhalinin cəmi 0,1%-i işsizdir. Bundan başqa Kambocada 0,1%, Belarusda 0,3%, Nigerdə 0,4%, Laosda isə 0,6% səviyyəsində işsizlik var.