Bakıda 61 yaşlı qadın su quyusuna düşüb


Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfərin su quyusuna düşərək orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Yeniavaz.com-un FHN-nin saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1958-ci il təvəllüdlü İsmayılova Tahirə Müzəffər qızının meyitini su quyusundan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

DİGƏR XƏBƏRLƏR

Top