Aeroport yolunda ağır qəza - "Lexus" aşdı - VİDEO


Heydər Əliyev prospekti - Hava limanı yolunda ağır qəza baş verib. 

"Mercedes" markalı avtomobillə "Lexus" markalı avtomobil toqquşub. 

Qəza nəticəsində "Lexus" markalı avtomobil aşıb. Hadisə şahidlərinin sözlərinə görə, qəza nəticəsində xəsarət alanlar var. 

Hadisə yerinə polis əməkdaşları və təcili yardım maşınları cəlb olunub. 

Bakı Nəqliyyat Agentliyindən  verilən məlumata görə, Heydər Əliyev prospekti - Hava limanı yolunda tıxac yaranıb.

Bildirilir ki, tıxaca yolda baş verən nəqliyyat hadisəsi səbəb olub.


BAKU.WS

DİGƏR XƏBƏRLƏR

Top