
Xəbər verdiyimiz kimi, Şəki Xan sarayının həyətində ağacın aşması nəticəsində xəsarət alan 19 nəfər xəstəxanaya yerləşdirilib.
Səhiyyə Nazirliyindən verilən ən son məlumata görə, yaralılardan 4-nün vəziyyəti ağır, digər 15-nin vəziyyəti isə normaldır.
Baş vermiş hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin helikopterləri hazır vəziyyətə gətirilib. Ehtiyac olduğu halda yaralılar paytaxta gətiriləcək.