Azərbaycanda ən yüksək əmək haqqının verildiyi 10 vəzifə - SİYAHI + MƏBLƏĞ


Bildiyimiz kimi, Azərbaycanda ən yüksək əmək haqqını dövlət başçısı alır. Azərbaycan prezidentinin aylıq vəzifə maaşı 15 000 manat təşkil edir.

Yeniavaz.com xəbər verir ki, dövlət büdcəsi hesabına ölkə Prezidentindən sonra ən yüksək əmək haqqını ölkəmizin Yaponiyadakı səfiri alır. Ölkəmizin Yaponiyadakı səfiri ay ərzində 9 960 manat (645 000 yen) maaş alır.

Dövlət büdcəsindən ən yüksək əmək haqqı alan vəzifəli şəxslər bunlar olub:
1. Azərbaycan prezidenti - 15 000 manat
2.  Azərbaycanın Yaponiyadakı səfiri - 9 960 manat
3.  Azərbaycanın Koreyadakı  səfiri  - 8 840 manat
4.  Azərbaycanın Avstraliyadakı səfiri - 8 840 manat
5. Azərbaycanın Rusiyadakı səfiri - 8 840 manat
6. Azərbaycanın BMT -dəki daimi nümayəndəsi  - 8 670 manat
7. Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində daimi nümayəndəsi  - 8 500 manat
8. Azərbaycanın ABŞ-dakı səfiri - 8 500 manat
9. Azərbaycanın İsveçradakı səfiri - 8 500 manat
10. Azərbaycanın Kanadadakı səfiri - 8 415 manat
Ölkə daxilində isə prezidentdən sonra ən yüksək əmək haqqını aşağıdakı şəxslər alır:
1. Milli Məclisin sədri - 2 475 manat
2. Konstitusiya Məhkəməsi sədri - 2 475 manat
3. Ali Məhkəmənin sədri - 2 475 manat
4. Baş nazir - 2 460 manat

DİGƏR XƏBƏRLƏR

Top