Ermənilər Gürcüstandakı soydaşlarımızı təxribata çəkirlər - VİDEO


Gürcüstanın paytaxtı Tbilisidə daxili işlər naziri Giorgi Qaxarianın istefası tələbilə keçirilə aksiyada digər millətlərin nümayəndələrilə bərabər azərbaycanlılar da iştirak edirlər.
Yeniavaz.com xəbər verir ki, erməni mətbuatında azərbaycanlıların aksiyada iştirak etməsini qərəzli şəkildə işıqlandırılır. "Fost tv" adlı kanalın əməkdaşı gürcü dilini bilməyən yaşlı nəslin mümayəndələrindən müsahibə almağa çalışaraq belə bir görüntü yaratmğa çalışır ki, guya aksiyada iştirak edənlər öyrədilmiş şəxslərdir. Lakin, yayılan videodan da açıq şəkildə görünür ki, gənclər gürcü dilində olduqca rahat danışa bilirlər.  
Məlum məsələdir ki, gigər vətəndaşlar kimi Gürcüstanda həm iqtidar, həm də müxalifət partiyalarında azərbaycanlılar təmsil olunur. Aksiyada iştirak edənlər orada azərbaycanlıları deyil, mənsub olduqları siyasi partiyanı təmsil edirlər.  
Aksiyada iştirak edən azərbaycanlılarla bağlı çəkilən video-reportajı təqdim edirik:

 

DİGƏR XƏBƏRLƏR

Top