"Barri" qasırğası Luiziana sahillərinə çatıb


"Barri" qasırğası Amerikanın Luiziana ştatı sahillərinə çatıb.

Bu barədə ABŞ-ın Qasırğalara Nəzarət Milli Mərkəzi məlumat yayıb.

Meteoroloji Xidmətin saytında qeyd olunub ki, "Barri" Luiziana sahillərinə çatıb".

Qasırğa sahilə çatdıqdan sonra onun dərəcəsi yenidən "tropik qasırğa" səviyyəsinə enib.

Daha əvvəl ölkə prezidenti Donald Tramp ştat ərazisində qasırğa səbəbindən fövqəladə vəziyyət elan edib.//Report

DİGƏR XƏBƏRLƏR

Top