Zidan qardaşını itirdi


Madrid "Real"ının baş məşqçisi Zinəddin Zidanın qardaşı Fərid Zidan vəfat edib.

Bu səbəblə "Real"ın futbolçuları bugünkü məşqlərini 1 dəqiqəlik sükutla başlayıblar.

Bu gün günorta bildirilmişdi ki, Zidan komandasının Monrealdakı təlim-məşq toplanışını yarıda qoyaraq təcili İspaniyaya qayıdıb.

54 yaşlı Fərid Zidanın xərçəng xəstəliyi səbəbilə dünyasını dəyişdiyi deyilir.//sputnik.az

DİGƏR XƏBƏRLƏR

Top