
İspaniyanın Pamplona şəhərində keçirilən ənənəvi San Fermin öküz qaçışı festivalının yeddinci günündə 5 nəfər yaralanıb.
Yeniavaz.com İspaniya mətbuatına istinadla xəbər verir ki, Qızıl Xaç Komitəsi yaralılardan heç birinin buynuz zərbəsi almadığını elan edib.
Dünyanın hər tərəfindən 1 milyona yaxın insan ənənəvi geyimdə, yəni ağ köynəklə boyunlarına qırmızı şarf bağlayaraq öküzlərin qaçacaqları 850 metr uzunluğundakı küçəyə axın edib. Onlar vahimə içində qaçan 6 öküzün ayaqlarının altında qalmaqdan canlarını qurtarmağa çalışıblar.
Bir həftə davam edən San Fermin yay festivalında iştirakçılar İspaniyanın Pamplona şəhərində dar küçələrlə qaçır və xüsusi böyüdülmüş öküzlər tərəfindən təqib olunurlar. Şəhər bu festivala görə məşhurdur və hər il minlərlə turist festivala görə buraya axın edir.
Günortadan sonra isə matadorların qarşısına çıxarılan öküzlərin çoxu isə arenada əyləncə məqsədilə öldürülür. Onlara kəsici alətlərlə müxtəlif bədən xəsarətləri verilir və nəticədə heyvanlar qanaxmadan ölür. Öküzlərin sadəcə çox az bir qismi "qeyri-adi mübarizəsinə görə" həyatda qala bilir.
Qeyd edək ki, öküzlərin belə öldürülməsinə etiraz edən bir qrup heyvansevər Pamplonada etiraz aksiyası keçirmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz