NASA Aya yenidən insan göndərir - BU TARİXDƏ


Aya enməyinin 50-ci ilini qeyd edən ABŞ-ın mülki kosmik proqramlarını həyata keçirmək üçün yaradılmış icraedici dövlət agentliyi NASA (National Aeronautics and Space Administration - "Milli Aeronavtika və Kosmos İdarəsi") 2024-cü ildə Yerin peykinə yenidən insan göndərəcək.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, NASA prezidenti Cim Braydnstayn Aydan Marsın araşdırılmasında elmi mərkəz kimi istifadə edəcəklərini bildirib. Ayın cənub qütbündə buzlaqların olduğunu bildirən C. B 2024-cü ildə yenidən Aya ayaq basmağı fikirləşdiklərini deyib:
"Ayda buzlaqların olması, içməli su və istifadə edəbiləcəyimiz hava mənasını verir. Həmçinin sudan kosmik gəmilərin yanacağı kimi də istifadə edə bilərik".
O həmçinin "Artemis 1" layihəsi zamanı Aydakı ehtiyatlardan istifadə edərək bunu davamlı halına salmaq istədiklərini də qeyd edib.
Qeyd edək ki, "Artemis 1" Aya göndəriləcək yeni kosmik gəminin bütün layihələri cəminə verilən addır. Aya göndəriləcək kosmik gəmi isə "SLS" adlanacaq.
Xatırladaq ki, NASA astronomları Neil Armstronq, Edvin Oldrin və Maykl Kollinz 16 iyul 1969-cu ildə "Apollo 11" kosmik gəmisi ilə Yerdən yola çıxmış və 4 gün sonra Ayın səthinə enməyi bacarmışdılar.

DİGƏR XƏBƏRLƏR

Top