Bu qidaları soyuducuda saxlamayın – ZƏHƏRLƏNƏ BİLƏRSİZ


Meyvə-tərəvəzlərin, qidaların, yeməklərin köhnəlməməsi və daha uzun müddət qalması üçün hər kəs onları soyuducuda saxlayır. Amma unutmaq omaz ki, bu hər zaman düzgün qiymətləndirilimir. Bəzi qidalar var ki, onları soyuducuda saxladıqda onlarda müxtəlif bakteriyalar yaranır. Bəs hansı qidaları soyuducuda saxlamaq olmaz?

Yeniavaz.com sözügedən qidaları təqdim edir:

Sarımsaq – Sarımsağın faydası qədim zamanlardan insanlara məlumdur. Həm çiy, həm də bişirilmiş halda istifadə olunur və güclü antibiotik mənbəyidir. Ancaq sarımsağı soyuducuda saxladıqda onda bakteriyalar yaranır və belə sarımsağı istifadə etdikdə bağırsaqlarda qurdlar əmələ gəlir.

Kartof – Hər kəsin sevərək yediyi kartof qaldığı mühitin iyinə görə dadını dəyişə bilir. Soyuducuda bir gündən artıq qalan bu qida da xarab olur. Xarici görünüşündə bu hiss edilməsə də, tərkibində müxtəlif bakteriyalar yaranır. Belə kartoflar qızardılıb istehlak edildiyində isə bağırsaq xəstəlklərinə səbəb olur.

Pomidor – Hər kəsin doğru bildiyi yalnışlardan biri də pomidorun soyuducuda saxlanılmasıdır. Pomidor soyuducuya qoyulduqda orqanik təsirini itirir. Belə ki, qabıqları büzüşən bu tərəvəzdə bakteriyalar yaranmağa başlayır  və istehlak edildikdə insanda mədə xəstəlikləri yaradır.

Badımcan – Badımcan soyuducunun temperaturuna qarşı olduqca həssasdır. Soyuducuya qoyulduqda quruluşunda dəyişiklik baş verir və yumşalır. Buna görə də, soyuducu əvəzinə quru və sərin yerdə saxlanılması məsləhət görülür.

İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top