Ayaz Mütəllibov: "Mehriban xanıma minnətdarlığımı bildirirəm"


Ötən günlərdə müstəqil Azərbaycan Respublikasının ilk prezidenti olmuş Ayaz Mütəllibovun xanımı Ədilə Mütəllibova haqq dünyasına qovuşdu. Dəfn mərasimində həyat yoldaşıyla ağlayaraq vidalaşan sabiq prezidentin təsirli fotosu sosial şəbəkələrdə xeyli paylaşıma səbəb oldu.


Qeyd edək ki, Ədilə Mütəllibovanın yas mərasiminin bütün xərclərini Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu öz üzərinə götürüb.


Yeniavaz.com xəbər verir ki, həyat yoldaşını itirən eks-prezident Ayaz Mütəllibov Modern.az-a açıqlamasında hazırda özünü yaxşı hiss etmədiyini bildirib:


“Nə deyim, hazırda mənim üçün çox ağırdır həyat yoldaşım haqqında danışmaq. Yəqin ki, bir az keçəndən sonra, irəli zamanlarda danışa bilərəm. Mehriban xanıma belə bir addım atdığı üçün sizin vasitənizlə minnətdarlığımı bildirirəm". 


Eks-prezident hazırda övladları və nəvələrinin əhatəsində yaşadığını bildirib. 

DİGƏR XƏBƏRLƏR

Top