Yevlaxda DYP postu yaxınlığında ildırım düşdü, güclü yanğın başlayıb - VİDEO

Yağış və külək Yevlaxda yanğına səbəb olub.

Bakı-Qazax avtomagistralının Yevlax rayonu ərazisindən keçən hissəsində güclü yanğın qeydə alınıb.

DYP-nın magistralda yerləşən postu yaxınlığındakı yaşıllıq zolağını ildırıb vurub və ardınca güclü yanğın başlayıb.

Hadisə yerinə FHN-in yanğınsöndürmə briqadası cəlb olunub. Yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər görülüb.


APA

DİGƏR XƏBƏRLƏR

Top