Tramp fövqəladə vəziyyət elan etdi - SƏBƏB


Qasırğa səviyyəsinə çatması ehtimal edilən "Barry" fırtınası Ağ Evi hərəkətə keçməyə məcbur edib.
Yeniavaz.com xarici mətbuata istinadla xəbər verir ki, ölkənin cənubi-şərqində təsirli olması gözlənilən qasırğa səbəbilə həmin ərazilərdə fövqəladə vəziyyət elan olunub. Luizyana ştatının meri Con Bel Edvardz D. Trampa onların bu çağırışına vaxtında cavab verdiyi üçün təşəkkür edib. Çünki bu qərar sayəsində federal qurumlar təcili yardım fəaliyyətlərinə dəstək verə biləcəklər.
Bu gün və ya sabah Luizyana sahillərinə çatması gözlənilən "Barry" fırtınasının qasırğa halını alabiləcəyi gözardı edilmir. Fırtına tam fəaliyyətə keçməmiş belə bəzi ərazilərdə dağıntılara və su daşqınlarına səbəb olub.

DİGƏR XƏBƏRLƏR

Top