Adnan Oktara 870 ildən çox həbs cəzası istənilib


Türkiyədə “Adnan hoca” adı ilə tanınan və özünü din alimi kimi təqdim edən dələduz Adnan Oktar və onun cinayətkar dəstəsi barədə aparılan istintaq başa çatıb.
Yeniavaz.com Türkiyənin "Sabah" qəzetinə istinadla xəbər verir ki, A.Oktara fərqli ittihamlarla ümumilikdə 870,5 ilədək həbs cəzası istənilib. O, kiçik qız uşaqlarına təcavüz və mütəşəkkil cinayətlər, çirkli pulların yuyulması, casusluq, şəxsi həyatın gizliliyini pozma, rəsmi sənədləri saxtalaşdırma, terrorla mübarizə qanununa zidd getmə, şantaj, böhtan, yalançı şahidlik, korrupsiya, təhsil və təhsil hüquqlarının əngəllənməsi, dələduzluqda ittiham olunub.
Qeyd edək ki, Adnan Oktar bir il əvvəl 168 müridi ilə birgə həbs olunub.

DİGƏR XƏBƏRLƏR

Top