BNA-dan "Baku Bus"larla bağlı göstəriş verildi

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda sərnişindaşıma ilə məşğul olan "Baku Bus" MMC-nin bəzi avtobuslarında kondisionerlərin işləməməsinə münasibət bildirib. 

Yeniavaz.com "report"a istinadla xəbər verir ki, Agentliyin mətbuat katibi Mais Ağayev açıqlamasında kondisionerlərin işlək vəziyyətdə olması ilə bağlı sürücülərə göstəriş verildiyini deyib.

"Ara-sıra hansısa avtobusda kondisioner işləməyə bilər. Bununla bağlı BNA-nın 141 nömrəli Qaynar Xəttinə müraciətlər daxil olur və yaranmış problem dərhal aradan qaldırılır", - deyə o, qeyd edib. 

Xatırladaq ki, son vaxtlar "Baku Bus"a məxsus 5, 6 və 125 nömrəli avtobuslarında kondisionerlərin işlək vəziyyətdə olmaması hallarına rast gəlinir. 

DİGƏR XƏBƏRLƏR

Top