“Belə bir vəzifəyə təyinatım son dərəcə gözlənilməz oldu”.
Yeniavaz.com xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya açıqlamasında bu gün Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə rəis təyin olunan polkovnik Əbülfət Rzayev deyib.
O bildirib ki, belə bir yüksək posta təyinat onun üçün gözlənilməz olsa da, sevinclə qarşılayıb:
“Bu, əslində böyük məsuliyyət və etimad deməkdir. Çalışacam ki, öz işimlə bu etimadı doğruldum və ölkəmizin əmin-amanlığı naminə əzmlə çalışım”.