Sükan arxasında telefonla oynadı, ağır qəza törətdi - VİDEO

Bakıda daha bir ağır yol-nəqliyyat hadisəsi kameraya düşüb.

Yeniavaz.com Avtosfer.az-a istinadən xəbər verir ki, hadisə metronun “Koroğlu” stansiyasının yaxınlığında, aeroport yolunda baş verib.

Sükan arxasında telefona başı qarışan avtomobilin sürücüsü yüksək sürətlə “VAZ-2107” markalı avtomobili arxadan vurur.

Bu zaman idarəetməni itirərək sağ zolaqla hərəkətdə olan avtobusa çırpılır və onu yoldan çıxadır.

Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir. 

DİGƏR XƏBƏRLƏR

Top