İlk "S-400" qurğuları Türkiyəyə gətirildi - VİDEO


Türkiyənin Milli Müdafiə Nazirliyi Rusiya istehsalı "S-400" hava hücumundan müdafiə sistemlərinə aid köməkçi qurğuların ölkəyə gətirilməsi barədə xəbər yayıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-la Türkiyə arasında ciddi problemlərin yaşanmasına səbəb olan bu məlumat dünyanın aparıcı ölkələrində qaynar xəbər kimi verilib. ABŞ mətbuatında gedən ilk xəbərlərdə isə "Amerikanın sanksiyalarla hədələməsinə baxmayaraq Türkiyə geri addım atmadı" ifadələrinə yer verilib.

DİGƏR XƏBƏRLƏR

Top