AKP-nin qurucularından biri​ vəfat etdi

Türkiyədə hakim Ədalət və inkişaf Partiyası (AKP) və Xalqların Demokratik Partiyasının (HDP) sabiq millət vəkili Dengir Mir Mehmet Fırat 76 yaşında qaldığı xəstəxanada dünyasını dəyişib.

Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Xalqların Demokratik Partiyasının (HDP) “Twitter” hesabından məlumat verilib.

Bildirilir ki, sabiq millət vəkili 6 həftədir Bayındır Xəstəxanasında müalicə alırmış. O, ağciyər xərçəngindən əziyyət çəkirmiş.

Müalicə aldığı xəstəxanada dünyasını dəyişən D.Fırat bu gün dəfn olunacaq.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən D.Fıratı xəstəxanada ziyarət edib. Dövlət başçısıyla yanaşı Daxili İşlər naziri Süleyman Soylu, Səhiyyə naziri Fahrettin Hoca, AKP-nin sözçüsü Ömer Çelik və Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr İdarəsinin rəhbəri Fahrettin Altun da ziyarət edib.

Qeyd edək ki, Dengir Mir Mehmet Fırat AKP-nin qurucularından biri olub, 21, 22 və 23-cü çağırış dönəmlərində deputat seçilib, 2011-ci ildə istefa verib. 2015-ci ildə HDP-dən millət vəkili seçilib.

DİGƏR XƏBƏRLƏR

Top